Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Məhkəmə döymə əməlində “mütəmadilik” anlayışına aydınlıq gətirib
Ana Sayfa > Karusel / Multimedia > Məhkəmə döymə əməlində “mütəmadilik” anlayışına aydınlıq gətirib

Məhkəmə döymə əməlində “mütəmadilik” anlayışına aydınlıq gətirib


Bu gün, 20:49. Yazar: Admin

Məhkəmə döymə əməlində “mütəmadilik” anlayışına aydınlıq gətirib

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Qarabaginfo.az-a bildirilib ki, məhkəmə iclasında İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) sorğusu əsasında Cinayət Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinə, 26-cı maddəsinə, 28-ci maddəsinin I hissəsinə, 32-ci maddəsinin I hissəsinə, 60-cı maddəsinə, 71-ci maddəsinin I və II hissələrinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Quliyevin məruzəsini, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi və Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspert rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Cinayət Məcəlləsində təsbit olunmuş qanunçuluq prinsipinin tələbləri, habelə Konstitusiya Məhkəməsi Plenumunun həmin prinsiplə bağlı formalaşdırdığı hüquqi mövqelər baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsi, 26-cı maddəsi, 28-ci maddəsinin I hissəsi, 32-ci maddəsinin I hissəsi, 60-cı maddəsi, 71-ci maddəsinin I və II hissələri ilə ziddiyyət təşkil etmir.

Cinayət Məcəlləsinin 133.1-ci maddəsinin dispozisiyasında əks edilmiş döymə əməlinin obyektiv cəhətinin zəruri əlaməti olan “mütəmadilik” anlayışı Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə müvafiq olaraq təqsirkarın vahid niyyəti ilə əhatə olunan, müəyyən zaman kəsiyində üç dəfə və ya daha çox həyata keçirilən, güclü fiziki ağrı ilə nəticələnən hərəkətlər arasında daxili qarşılıqlı əlaqənin mövcudluğunu nəzərdə tutur.

Qərar dərc edildiyi gündən qüvvəyə minir.


Geri dön