Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycanın NCTS ilə bağlı beynəlxalq tranzit konvensiyalarına tamhüquqlu üzvlüyünün gecikməsinə aydınlıq gətirilib
Ana Sayfa > Karusel / Siyasət > Azərbaycanın NCTS ilə bağlı beynəlxalq tranzit konvensiyalarına tamhüquqlu üzvlüyünün gecikməsinə aydınlıq gətirilib

Azərbaycanın NCTS ilə bağlı beynəlxalq tranzit konvensiyalarına tamhüquqlu üzvlüyünün gecikməsinə aydınlıq gətirilib


Bu gün, 16:22. Yazar: Admin

Azərbaycanın NCTS ilə bağlı beynəlxalq tranzit konvensiyalarına tamhüquqlu üzvlüyünün gecikməsinə aydınlıq gətirilib

Azərbaycanın NCTS ilə bağlı beynəlxalq tranzit konvensiyalarına tamhüquqlu üzvlüyünün gecikməsinə aydınlıq gətirilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan 2017-ci ildən qeyri rəsmi müşahidəçi statusundadır: "Biz bunu mərhələli şəkildə həyata keçiririk. Müşahidəçi statusuna keçidlə bağlı qeyd etdiyim iki əsas istiqamət var: tranzit prosedurları və sənədlərin emalı. Bu istiqamətlər üzrə ayrı-ayrı sənədlər mövcuddur və onların da uyğunlaşdırılması, qarşılıqlı tanınması ilə bağlı işlər aparılır".

"Hazırda bu istiqamətdə işlər davam edir. Müddət baxımından isə düşünürük ki, yaxın zamanlarda konkret nəticələr əldə olunacaq.
Çünki bizim üçün vacib məsələlərdən biri də informasiya texnologiyaları infrastrukturunun təmin edilməsidir. Dediyim kimi, dövlətimizin həyata keçirdiyi işlər qarşımızda belə bir vəzifə qoyur ki, ümumilikdə IT infrastrukturu, rəqəmsal imkanlar və rəqəmsal həllər tam təmin olunsun. Biz bu sahədə də çox mühüm işlər görürük və fəaliyyətimizi davam etdiririk", - Şahin Bağırov qeyd edib./Apa


Geri dön