Ana Sayfa > Karusel / Qarabağ > Türkiyə Azərbaycana 20 ədəd minatəmizləyən maşın göndərib

Türkiyə Azərbaycana 20 ədəd minatəmizləyən maşın göndərib


4-02-2021, 18:32. Yazar: Admin

 

Türkiyə Azərbaycana 20 ədəd minatəmizləyən maşın göndərib
Türkiyə Azərbaycana 20 ədəd mexaniki minatəmizləyən maşın göndərib. 
Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" hesabında məlumat verilib. 
"Nazirliyimizin tabeliyində olan ASFAT AŞ tərəfindən istehsal olunan 20 MEMATT (mexaniki minatəmizləyən maşın) qardaş ölkə Azərbaycana ixrac edirik. İlk tədarük dəsti Kayseridən yola düşən Hava Quvvələrimizə məxsus təyyarə ilə Bakıya göndərilir",  - deyə qeyd olunub. 

Geri dön