Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Kiyev vilayətində “Stoliçnı” bazarına zərbə endirilib, ölən və yaralananlar var
Ana Sayfa > Karusel / Dünya > Kiyev vilayətində “Stoliçnı” bazarına zərbə endirilib, ölən və yaralananlar var

Kiyev vilayətində “Stoliçnı” bazarına zərbə endirilib, ölən və yaralananlar var


Bu gün, 10:10. Yazar: Admin

Kiyev vilayətində “Stoliçnı” bazarına zərbə endirilib, ölən və yaralananlar var

Sentyabrın 27-si axşam saatlarında Kiyev vilayətinin Buça rayonunun Sofiyevskaya Borşaqovka kəndində yerləşən “Stoliçnı” bazarının ərazisinə zərbə endirilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Borşaqovka kənd rəhbərinin səlahiyyətlərini icra edən Aleksandr Medved “Telegram” kanalında məlumat verib.

 

Onun sözlərinə görə, hava hücumu nəticəsində bazarın ərazisinə zərbə qeydə alınıb. Hadisə yerinə bütün müvafiq xidmətlər cəlb olunub.

Kiyev Vilayət Prokurorluğunun məlumatına görə, hücum zamanı zərbə PUA-sı bazarın ərazisinə düşüb. İlkin məlumatda bir nəfərin öldüyü, 10-a yaxın şəxsin yaralandığı bildirilib.

Daha sonra Aleksandr Medved ölənlərin sayının iki nəfərə çatdığını açıqlayıb.

Kiyev Vilayət Prokurorluğu həmçinin bildirib ki, sentyabrın 27-də daha əvvəl Buça rayonuna PUA hücumu nəticəsində beş avtomobilə ziyan dəyib. Həmin hadisə zamanı bir nəfərin öldüyü, daha üç nəfərin xəsarət aldığı bildirilib.

Ukrayna tərəfi hücumların Rusiya qüvvələri tərəfindən həyata keçirildiyini bildirib.


Geri dön