Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İsrail Niderlandın Ramallahdakı nümayəndələrini diplomatik statusdan məhrum edib
Ana Sayfa > Karusel / Dünya > İsrail Niderlandın Ramallahdakı nümayəndələrini diplomatik statusdan məhrum edib

İsrail Niderlandın Ramallahdakı nümayəndələrini diplomatik statusdan məhrum edib


Bu gün, 10:05. Yazar: Admin

İsrail Niderlandın Ramallahdakı nümayəndələrini diplomatik statusdan məhrum edib

İsrailin xarici işlər naziri Gideon Saar Niderlandın Ramallahda çalışan rəsmi nümayəndələrinin diplomatik statusdan məhrum edildiyini açıqlayıb.
Qarabaginfo.az xəbər verir ki, nazir bu barədə "X" hesabında yazıb.

Saar bildirib ki, qərar Niderland hakimiyyətinin İordan çayının Qərb sahilindəki yəhudi yaşayış məntəqələrində istehsal edilən bütün məhsulların ölkəyə idxalını qadağan etməsinə cavab olaraq qəbul edilib.

“İudeya və Samariyadan (İsrailin İordan çayının Qərb sahili üçün istifadə etdiyi ad – red.), Şərqi Qüdsdən və Qolan yüksəkliklərindən məhsulların idxalı və satışına qadağa qoyulması barədə qərarın ötən həftə qüvvəyə minməsi ilə əlaqədar bu axşam Niderlandın İsraildəki səfirliyinə məlumat verdik ki, Ramallahda çalışan niderlandlı diplomatlar onlara İsrail tərəfindən verilmiş diplomatik sənədləri yeddi gün ərzində təhvil verməlidirlər. Bu müddət başa çatdıqdan sonra İsrail Dövlətinin onlara verdiyi diplomatik imtiyaz və immunitetlər qüvvədən düşəcək”, – deyə Saar “X” sosial şəbəkəsində bildirib.

Nazir əlavə edib ki, Niderland Fələstin tərəfi ilə münasibətlərdə öz maraqlarını bundan sonra da təmsil etmək istəyirsə, bunu İsrail ərazisindən deyil, Fələstin Milli Administrasiyasının ərazisindən edə bilər.

“Bir daha təkrar edirəm: İsrail ona zərər vurmağa yönəlmiş addımları cavabsız qoymayacaq. İsrailə qarşı düşməncəsinə və birtərəfli şəkildə hərəkət edən istənilən ölkə regiondakı təsirini və əhəmiyyətini itirəcək”, – deyə Gideon Saar qeyd edib.


Geri dön