Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İraq ABŞ-dan İranla aviareyslərin qismən bərpasına icazə istəyib
Ana Sayfa > Karusel / Dünya > İraq ABŞ-dan İranla aviareyslərin qismən bərpasına icazə istəyib

İraq ABŞ-dan İranla aviareyslərin qismən bərpasına icazə istəyib


Bu gün, 10:04. Yazar: Admin

İraq ABŞ-dan İranla aviareyslərin qismən bərpasına icazə istəyib

İraq hakimiyyəti İranla hava əlaqəsinin qismən bərpa edilməsi ilə bağlı ABŞ administrasiyası ilə danışıqlar aparır.

Bu barədə “Al Hadath” telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, İraq istisna qaydasında ölkənin milli aviadaşıyıcısı “Iraqi Airways”ə İrana məhdud sayda uçuş həyata keçirməyə icazə verilməsi üçün ABŞ-a müraciət edib.

Bağdad kompromis variant kimi İrandan həyata keçiriləcək bütün reyslərin yalnız bir hava limanında – Nəcəf hava limanında qəbul edilməsini təklif edib.

İraq rəsmiləri “Al Hadath”ın yaydığı məlumatı hələlik şərh etməyiblər.

Sentyabrın 8-də ABŞ İranla bağlı sanksiyalar siyahısına aviasiya daşımaları sahəsində fəaliyyət göstərən 35 aviaşirkət və digər şirkəti daxil edib.

Sentyabrın 21-də ABŞ-ın maliyyə naziri Skott Bessent Vaşinqtonun sanksiyaları səbəbindən sentyabrın 23-dən etibarən İranın bütün aviaşirkətlərinin xaricə uçuşları dayandırmalı olacağını iddia edib. ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlərin İranın xarici tərəfdaşlarına da şamil oluna biləcəyi bildirilir.


Geri dön