Ana Sayfa > Karusel / Səhiyyə > Azərbaycanda son sutkada 263 nəfər COVID-19-dan sağalıb, 152 nəfər yoluxub, 3 nəfər vəfat edib
Azərbaycanda son sutkada 263 nəfər COVID-19-dan sağalıb, 152 nəfər yoluxub, 3 nəfər vəfat edib4-02-2021, 18:25. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 152 yeni yoluxma faktı qeydə alınıb, 263 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 230 769 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 224 431 nəfər müalicə olunaraq sağalıb, 3 148 nəfər vəfat edib, aktiv xəstə sayı 3 190 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 640, ötən müddət ərzində isə ümumilikdə 2 433 585 test aparılıb. Geri dön |