Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Həkimləri çağırışa çatdıran sürücü - Sükan arxasında öldü
Ana Sayfa > Karusel / Hadisə > Həkimləri çağırışa çatdıran sürücü - Sükan arxasında öldü

Həkimləri çağırışa çatdıran sürücü - Sükan arxasında öldü


Bu gün, 09:51. Yazar: Admin

hekimleri-cagirisa-catdiran-surucu

Sumqayıtdan Masazıra ağır xəstə çağırışına gedən təcili tibbi yardım avtomobilinin sürücüsü vəfat edib.

Qarabasginfo.az xəbər verir ki, İsmayıl Məmmədov həkim briqadasını xəstənin yanına çatdırdıqdan sonra ürəktutma nəticəsində həyatını itirib.

Həkimlərin sözlərinə görə, İ.Məmmədov yol boyu ürəyində ağrı hiss etsə də, “Sizi xəstənin yanına çatdırım, mən birtəhər dözərəm” deyərək öz ağrısına baxmayaraq işini davam etdirib.

Həkimlər xəstəyə yardım göstərib aşağı düşdükdə isə İ. Məmmədovun sükan arxasında həyatını itirdiyini görüblər.


Geri dön