Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Dövlət Xidmətinin şəxsi heyəti Zəfər parkını ziyarət edib
Ana Sayfa > Karusel / Dünya > Dövlət Xidmətinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Dövlət Xidmətinin şəxsi heyəti Zəfər parkını ziyarət edib


Bu gün, 17:03. Yazar: Admin

Dövlət Xidmətinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

44 günlük Vətən müharibəsinin başlanmasının ildönümü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov və xidmətin şəxsi heyəti Bakı şəhərində inşa olunan Zəfər parkındakı 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidəni ziyarət edib.

Qarabaginfo.az xəbər verir ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi yad edilərək memorial kompleksin girişində olan abidə önünə gül dəstələri düzülüb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si ölkə ərazisində Anım Günü kimi qeyd edilir.

Allah şəhidlərimizə rəhmət eləsin!


Geri dön