Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Etna vulkanının külü Kataniya hava limanında uçuşların dayandırılmasına səbəb olub
Ana Sayfa > Karusel / Dünya > Etna vulkanının külü Kataniya hava limanında uçuşların dayandırılmasına səbəb olub

Etna vulkanının külü Kataniya hava limanında uçuşların dayandırılmasına səbəb olub


Bu gün, 19:01. Yazar: Admin

Etna vulkanının külü Kataniya hava limanında uçuşların dayandırılmasına səbəb olub

İtaliyanın Kataniya hava limanında uçuşlar Etna vulkanının davam edən fəaliyyəti nəticəsində yaranan vulkanik kül və əlverişsiz hava şəraiti səbəbindən dayandırılıb.

Bu barədə “Reuters“ Siciliyada yerləşən hava limanını idarə edən şirkətə istinadən məlumat yayıb.

Bildirilib ki, hava limanına bütün gəliş reysləri sentyabrın 27-si saat 10:00-dək (GMT) dayandırılıb.

Sərnişin sayına görə İtaliyanın beşinci ən işlək hava limanı olan Kataniyada uçuşların Etna vulkanına görə dayandırılmasına mütəmadi baş verir.


Geri dön