Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Zelenski: PUA hücumu nəticəsində İlyinsk neft emalı zavodunun fəaliyyəti dayanıb
Ana Sayfa > Karusel / Dünya > Zelenski: PUA hücumu nəticəsində İlyinsk neft emalı zavodunun fəaliyyəti dayanıb

Zelenski: PUA hücumu nəticəsində İlyinsk neft emalı zavodunun fəaliyyəti dayanıb


Bu gün, 18:54. Yazar: Admin

Zelenski: PUA hücumu nəticəsində İlyinsk neft emalı zavodunun fəaliyyəti dayanıb

Ukraynanın Krasnodar vilayətində yerləşən İlyinsk neft emalı zavoduna PUA hücumu nəticəsində üç ilkin neft emalı qurğusu və rezervuar parkı vurulub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.

Onun sözlərinə görə, hücum “FP-1” tipli PUA-larla həyata keçirilib və nəticədə zavodun fəaliyyəti dayandırılıb.

Zelenski qeyd edib ki, Ukrayna qüvvələri gecə saatlarında Rusiyanın Rostov vilayətində də zərbələr endirib. Onun sözlərinə görə, raket və artilleriya üçün komponentlər istehsal edən müəssisə, həmçinin “Pantsir-S2” zenit-raket kompleksi vurulub.

Ukrayna Prezidenti həmçinin müharibənin aparılmasına xidmət edən logistika obyektlərinə zərbələr endirildiyini və Qara dənizdə də nəticələrin olduğunu bildirib.


Geri dön