Ana Sayfa > Karusel / Gündəm > Ceyhun Bayramov Türkiyə Maarif Fondunun sədri ilə görüşüb
Ceyhun Bayramov Türkiyə Maarif Fondunun sədri ilə görüşüb4-02-2021, 16:29. Yazar: Admin |
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Maarif Fondunun sədri Birol Akgün ilə görüşüb. Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Qarabaqinfo.az-a verilən xəbərə görə, görüş zamanı Ceyhun Bayramov Azərbaycan ilə Türkiyə arasında mövcud olan zəngin, geniş və sıx dostluq münasibətlərini məmnunluqla qeyd edib. Nazir ölkəmizin müstəqilliyinin ilk günlərindən üzləşdiyi ən böyük və ağrılı problemi olan keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək, qardaş Türkiyənin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyini hər zaman dəstəklədiyini, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin bütün səviyyələrdə, o cümlədən Türkiyə xalqı tərəfindən nümayiş etdirilən həmrəylik və mənəvi dəstəyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. O, Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bu dövrdə Azərbaycan-Türkiyə qardaşlığının və birliyinin sözdə deyil, əməldə “bir millət, iki dövlət” olduğunun növbəti dəfə bariz şəkildə nümayiş olunduğunu söyləyib. Azərbaycanın dövlət başçısı tərəfindən qeyd edildiyi kimi, tərəflər arasındakı bu sıx münasibətlərin arxasında məhz doğru siyasətin dayandığı vurğulanıb. Birol Akgün nəzakət qəbuluna görə nazir Ceyhun Bayramova təşəkkürünü bildirib. O, ölkəmizin ərazilərinin Ermənistanın işğalından azad edilməsinin bütün Türkiyə xalqını həyəcanlandırdığını qeyd edərək, qələbə xəbərinin yüksək sevinclə qarşılandığını qeyd edib və ölkənin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərə Allahdan rəhmət diləyib. B. Akgün iki ölkə liderləri arasındakı dostluq münasibətlərinin ikitərəfli əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyi bildirib. O, müharibədən sonrakı quruculuq və inkişaf dövrünə istinad edərək, bu xüsusda təhsil sahəsinin önəmini qeyd edib. İşğaldan azad edilmiş ərazilərdə təhsil sahəsinin gələcəkdə inkişaf etdirilməsi məsələsində ölkəmizə müvafiq yardımın göstərilməsinə hazır olduqlarını bildirib. Tərəflər iki ölkə arasında bütün istiqamətlər üzrə mövcud əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər. Geri dön |