Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Britaniyanın Baş naziri növbədənkənar seçkilərin keçirilməsini istisna edib
Ana Sayfa > Karusel / Dünya > Britaniyanın Baş naziri növbədənkənar seçkilərin keçirilməsini istisna edib

Britaniyanın Baş naziri növbədənkənar seçkilərin keçirilməsini istisna edib


Bu gün, 09:51. Yazar: Admin

Böyük Britaniyanın Baş naziri Endi Börnem

 

Böyük Britaniyanın Baş naziri Endi Börnem növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını istisna edib.

Börnem ITV telekanalının efirində bildirib ki, bu məsələ ətrafında yaranan müzakirələrə birdəfəlik son qoymaq istəyir.

“İnsanlar istəyirlər ki, vəzifəyə yeni başladığım bir vaxtda öz işimlə məşğul olum və verdiyim vədləri yerinə yetirim. Seçki elan etsəydim, şəxsi siyasi maraqları hər şeydən üstün tutmuş olardım. Mən bunu etmək niyyətində deyiləm”, – Baş nazir deyib.

Qeyd edək ki, Endi Börnem iyulun 20-də Böyük Britaniyanın Baş naziri vəzifəsinin icrasına başlayıb.


Geri dön