Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Brüssel Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını azaltmağa çağırıb
Ana Sayfa > Karusel / Siyasət > Brüssel Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını azaltmağa çağırıb

Brüssel Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını azaltmağa çağırıb


Bu gün, 09:46. Yazar: Admin

Brüssel Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını azaltmağa çağırıb

Avropa İttifaqı İran ətrafındakı müharibənin neft-qaz bazarlarına təsiri fonunda enerji qiymətlərinin artması və təchizat problemləri ilə üzləşib.

“Reuters“in məlumatına görə, Aİ-nin energetika üzrə komissarı Dan Yorgensen üzv ölkələrin müvafiq nazirlərinə ünvanladığı məktubda qarşıdakı qışa hazırlığın gücləndirilməsinə çağırıb.

“Biz təchizat böhranı ilə əlaqəli qiymət böhranı ilə üzləşmişik”, – avrokomissar bildirib.

Yorgensen üzv dövlətləri qaz anbarlarına yanacağın vurulmasını davam etdirməyə imkan verəcək tədbirləri nəzərdən keçirməyə, eləcə də zərurət olduğu müddətdə qaz və elektrik enerjisinə tələbatı azaltmağa çağırıb.

Bununla yanaşı, avrokomissar Aİ-nin hazırkı enerji çətinliklərinə 2021-ci ilin qışı ilə müqayisədə daha yaxşı hazırlaşdığını bildirib.


Geri dön