Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ana Sayfa > Karusel / Siyasət > WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib

WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib


Bu gün, 09:44. Yazar: Admin

ABŞ Prezidenti Donald Tramp

 

ABŞ Prezidenti Donald Tramp İranın yeddi günlük atəşkəs təklifini qəbul etməyib və yaxın ətrafına noyabrda keçiriləcək aralıq seçkilərindən sonra İrana zərbələrin bərpa oluna biləcəyini bildirib.

Bu barədə “The Wall Street Journal” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin mənbələrinin məlumatına görə, Tramp İranın irəli sürdüyü yeddi günlük atəşkəs təklifinə skeptik yanaşır və Tehranın ABŞ-nin tələblərini yerinə yetirəcəyinə əmin deyil. Prezident köməkçilərinə noyabrda Konqresə aralıq seçkilərindən sonra İrana bombardmanların bərpasını mümkün hesab etdiyini deyib.

Bununla yanaşı, Tramp mümkün zərbələrin miqyası ilə bağlı hələ yekun qərar verməyib. “The Wall Street Journal”ın məlumatına görə, ABŞ Prezidenti genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanmasını istəmir. Bunun səbəblərindən biri kimi ABŞ-nin müəyyən sursat ehtiyatlarının azalması göstərilir.

İranın təklif etdiyi plan Hörmüz boğazında gəmiçiliyin bərpasını və nüvə danışıqlarının yenidən başlanmasını nəzərdə tuturdu. Bunun müqabilində Tehran ABŞ-dən İran limanlarına tətbiq edilən blokadanın aradan qaldırılmasını istəyirdi.


Geri dön