Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ceyhun Bayramov: 90 mindən çox vətəndaş azad edilmiş ərazilərə qayıdıb
Ana Sayfa > Karusel / Siyasət > Ceyhun Bayramov: 90 mindən çox vətəndaş azad edilmiş ərazilərə qayıdıb

Ceyhun Bayramov: 90 mindən çox vətəndaş azad edilmiş ərazilərə qayıdıb


Bu gün, 09:17. Yazar: Admin

Xarici işlər naziri Ceyhun Bayramov

 

Azərbaycanda münaqişədən sonrakı bərpa və yenidənqurma işləri nəticəsində 90 mindən çox vətəndaş azad edilmiş ərazilərə qayıdıb.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı bildirib.

Nazir Azərbaycanın azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirdiyini diqqətə çatdırıb.

C.Bayramov mina təhlükəsinin münaqişədən sonrakı dövrdə əsas problemlərdən biri olaraq qaldığını da bildirib. Onun sözlərinə görə, 2020-ci ildən bəri 400-dən çox, son 30 ildə isə ümumilikdə 3 500 nəfər mina qurbanı olub.

XİN rəhbəri humanitar minatəmizləmənin Azərbaycanın 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi rəsmən qəbul edildiyini qeyd edib. O, həmçinin itkin düşmüş 4 minə yaxın şəxsin taleyinin aydınlaşdırılması üçün beynəlxalq dəstəyə çağırıb.


Geri dön