Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Tramp həmin sammitdə iştirak edəcək
Ana Sayfa > Karusel / Dünya > Tramp həmin sammitdə iştirak edəcək

Tramp həmin sammitdə iştirak edəcək


Bu gün, 20:35. Yazar: Admin

tramp-hemin-sammitde-istirak-edecek

ABŞ Prezidenti Donald Tramp noyabr ayında Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində iştirak etməyi planlaşdırır.

 Qarabaginfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, amerikan lider bu niyyətini Ağ Evdə ÇXR Sədri Si Cinpinlə keçirilən rəsmi görüş zamanı təsdiqləyib.

Görüş əsnasında Si Cinpin Trampı və onun həyat yoldaşı Melaniyanı Çində gözlədiyini diqqətə çatdırıb. Ağ Ev rəhbəri isə cavabında “çox sağ olun! Biz bunu edəcəyik və ətraflı danışıqlar aparacağıq” deyə bildirib.

Qeyd edək ki, APEC sammiti bu il noyabrın 18-19-da Çinin Şençjen şəhərində təşkil olunacaq.

Xatırladaq ki, bundan əvvəl Tramp Si Cinpinlə apardığı danışıqlardan sonra “möhtəşəm yeniliklər” gözləmək barədə çağırış etmişdi.


Geri dön