Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “Sabah”ın həmin oyunlarının VIP biletlərinin qiyməti açıqlandı
Ana Sayfa > Karusel / İdman > “Sabah”ın həmin oyunlarının VIP biletlərinin qiyməti açıqlandı

“Sabah”ın həmin oyunlarının VIP biletlərinin qiyməti açıqlandı


Bu gün, 20:21. Yazar: Admin

sabahin-hemin-oyunlarinin-vip-biletlerinin-qiymeti-aciqlandi

“Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi dörd ev oyunu üçün VIP paket biletlər satışa çıxarılır.

Qarabaginfo.az xəbər verir ki, bu haqda klub məlumat yayıb.

Bildirilir ki, VIP paket bilet sahibləri “Slaviya” (Praqa), “Borussiya” (Dortmund), “Barselona” və “Napoli” ilə qarşılaşmaları Bakı Olimpiya Stadionunun VIP sektorundan izləyə biləcəklər.

VIP sektorda qidalanma xidməti təqdim olunacaq, həmçinin qonaqlar üçün əyləncə proqramının təşkili və DJ ifasında musiqi səsləndirilməsi də nəzərdə tutulur. Bu imkanlar azarkeşlərə Çempionlar Liqası oyunlarının ab-havasını xüsusi şəraitdə yaşamaq imkanı verəcək.

VIP paket biletin qiyməti 1500 manatdır və dörd qarşılaşmanın hamısına şamil edilir.

Qeyd edək ki, VIP sektorda əyləncəli tədbirlər ancaq “Slaviya”, “Borussiya” və “Barselona” ilə oyunları əhatə edəcək.


Geri dön