Ana Sayfa > Karusel / Yazar > Adil Əliyev – dövlətə, xalqa və doğma Suraxanıya xidmət yolunda

Adil Əliyev – dövlətə, xalqa və doğma Suraxanıya xidmət yolunda


Bu gün, 12:18. Yazar: Admin
Adil Əliyev icra başçısı təyin edildi
Bu gün Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin doğum günüdür.
Bəzi insanların haqqında danışanda tutduğu vəzifəni yazmaq kifayət etmir. Çünki insanı yalnız vəzifəsi deyil, həyata münasibəti, insanlarla davranışı, məsuliyyət hissi və gördüyü işlər tanıdır.
Adil Əliyevin həyat yoluna nəzər salanda dövlət xidmətinin müxtəlif sahələrində keçdiyi uzun və zəngin yol diqqəti çəkir. Hərbi xidmət, hüquq-mühafizə orqanlarında fəaliyyət, parlament fəaliyyəti və nəhayət, bu gün Suraxanı rayonunun rəhbəri kimi üzərinə götürdüyü məsuliyyət onun fəaliyyət yolunun müxtəlif mərhələləridir. O, 8 iyul 2024-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Amma vəzifənin adı bir yana, əsas məsələ həmin vəzifənin məsuliyyətini necə daşımaqdır.
Suraxanı böyük və tarixi rayondur. Burada Əmircan, Bülbülə, Hövsan, Qaraçuxur, Yeni Suraxanı, Zığ və digər yaşayış məntəqələrində yaşayan insanların hərəsinin öz problemi, öz qayğısı, öz gözləntisi var. Rayon rəhbərinin işi də məhz bu insanların səsini eşitməkdən, onların probleminə biganə qalmamaqdan başlayır.
Son aylarda Adil Əliyevin müxtəlif qəsəbələrdə sakinlərlə keçirdiyi səyyar görüşlər və qəbul günləri də bu baxımdan diqqət çəkir. Sentyabr ayında belə görüşlər Yeni Suraxanıda, Qaraçuxurda və Hövsanda keçirilib, sakinlərin müraciətləri dinlənilib və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti şəxslərə tapşırıqlar verilib.
İnsanı dövlət işində ucaldan isə təkcə gördüyü işlərin sayı deyil. Bəzən bir vətəndaşı diqqətlə dinləmək, bir ailənin probleminə vaxtında münasibət göstərmək, yaşlı insanın sözünü yarımçıq kəsməmək, şəhid ailəsinə və qaziyə ehtiram göstərmək də böyük dövlətçilik mədəniyyətidir.
Dövlətə sədaqət yalnız böyük tribunalar qarşısında deyil, gündəlik işdə, verilən tapşırığa vicdanla yanaşmaqda, vətəndaşın haqqını eşitməkdə, dövlətin etimadını doğrultmaqda özünü göstərir.
Adil Əliyevin fəaliyyətində də bu məsuliyyət hissinin ön planda olması onun haqqında danışan insanların əsas qeyd etdiyi məqamlardan biridir.
İnsan ömründə illər keçir, vəzifələr dəyişir, zaman dəyişir. Ancaq insanın arxasında qoyduğu iz qalır. Ən qiymətli iz isə görülən işlərdən daha çox insanların yaddaşında qalan münasibətdir.
Bu əlamətdar gündə Adil Əliyevə möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və dövlət xidmətində yeni uğurlar arzulayırıq.
Arzumuz budur ki, bundan sonra da dövlətinə və xalqına sədaqətlə xidmət etsin, Suraxanının inkişafı, abadlığı və sakinlərin rifahı naminə gördüyü işlər daha da genişlənsin.
Doğum gününüz mübarək, Adil müəllim!
Allah ömrünüzü uzun, yolunuzu açıq, xidmətinizi uğurlu etsin. Dövlətimizə, xalqımıza və doğma Azərbaycana xidmət yolunda daim sağlam və əzmkar olasınız!
Rauf Adiloğlu.

Geri dön