Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Kolumbiya İranla diplomatik əlaqələrini kəsərək SEPAH-ı terror təşkilatı elan edib
Ana Sayfa > Karusel / Dünya > Kolumbiya İranla diplomatik əlaqələrini kəsərək SEPAH-ı terror təşkilatı elan edib

Kolumbiya İranla diplomatik əlaqələrini kəsərək SEPAH-ı terror təşkilatı elan edib


Bu gün, 07:48. Yazar: Admin

Kolumbiya İranla diplomatik əlaqələrini kəsərək SEPAH-ı terror təşkilatı elan edib

Kolumbiya hökuməti İranla diplomatik əlaqələrini rəsmən kəsdiyini açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.

Məlumatda qərarın sentyabrın 19-da qəbul edildiyi bildirilib.

Kolumbiya Xarici İşlər Nazirliyi qərara səbəb kimi İran hökumətinin terror və narkotik qrupları ilə ehtimal olunan əlaqələrini, insan hüquqları pozuntularını, Yaxın Şərqdəki münaqişədən kənarda hərbi fəaliyyətlərini, Hörmüz boğazının bağlanmasını və Beynəlxalq Atom Enerjisi Agentliyinin nüvə yoxlamalarına maneələr yaradılmasını göstərib.

Qeyd olunub ki, diplomatik əlaqələrin kəsilməsi konsulluq əlaqələrinin dayandırılması anlamına gəlmir.

Daha sonra isə Kolumbiya hökumətinin İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu qruplaşma elan etdiyi bildirilib.


Geri dön