Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Region > Kobaxidze: Cənubi Qafqazı daha dinc və qarşılıqlı əlaqəli bir regiona çevirmək üçün real imkan görünür
Kobaxidze: Cənubi Qafqazı daha dinc və qarşılıqlı əlaqəli bir regiona çevirmək üçün real imkan görünürBu gün, 07:38. Yazar: Admin |
|
“Gürcüstan hər zaman regional təşəbbüslərdə ədalətli vasitəçi kimi çıxış etməyə, əməkdaşlığı təşviq etməyə və sülh yolu ilə həll yollarına töhfə verməyə çalışıb”. Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT Baş Assambleyasında çıxışında deyib. Onun sözlərinə görə, Cənubi Qafqazın gələcəyi keçmişin bölücü xətləri ilə müəyyən edilməməlidir. “Bu gün biz daha yaxşı gələcək naminə ümumi səylərə əsaslanaraq yeni bir səhifə açmaq, daha dinc və qarşılıqlı əlaqəli bir region qurmaq üçün real imkan görürük”, - Kobaxidze əlavə edib. O qeyd edib ki, bu əməkdaşlıq ruhu region üçün real iqtisadi imkanlara da çevrilməlidir. Hökumət başçısı Gürcüstanı Cənubi Qafqazın və Orta Dəhlizin ayrılmaz hissəsi kimi Mərkəzi Asiya ilə Avropa arasında əlaqələri gücləndirmək üçün əlverişli mövqeyə malik olduğunu qeyd edib. Kobaxidze dünyanın müxtəlif bölgələrində baş verən proseslər kontekstində sülhün qorunması və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin əsas prioritetlər olaraq qaldığını deyib. Geri dön |