Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > KİV: ABŞ və İran müharibəni mərhələli şəkildə başa çatdırmaq üçün danışıqlar aparır
Ana Sayfa > Karusel / Dünya > KİV: ABŞ və İran müharibəni mərhələli şəkildə başa çatdırmaq üçün danışıqlar aparır

KİV: ABŞ və İran müharibəni mərhələli şəkildə başa çatdırmaq üçün danışıqlar aparır


Bu gün, 20:58. Yazar: Admin

KİV: ABŞ və İran müharibəni mərhələli şəkildə başa çatdırmaq üçün danışıqlar aparır

ABŞ və İran nümayəndələri Nyu-Yorkda müharibənin mərhələli şəkildə başa çatdırılması üçün mümkün razılaşmanı müzakirə edirlər.

Bu barədə mənbələrə istinadən “Reuters“ məlumat yayıb.

Müzakirələrdə İranın Hörmüz boğazında gəmiçiliyi bərpa etməsi, ABŞ-ın isə İrana qarşı iqtisadi blokadanı aradan qaldırması məsələləri nəzərdən keçirilir.

İran tərəfi üçün əsas tələblərdən biri iqtisadi blokadanın dayandırılması və dondurulmuş aktivlərə çıxışın təmin edilməsidir.

“Reuters“in məlumatına görə, tərəflər güzəştlərin hansı ardıcıllıqla həyata keçiriləcəyi məsələsində fikir ayrılığı yaşayırlar. Belə ki, İran Hörmüz üzərində nəzarətindən imtina etmək niyyətində deyil, ABŞ isə boğazdan sərbəst gəmiçiliyin təmin olunmasını istəyir.

Danışıqlar BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda aparılır və prosesdə Qətər, Pakistan və digər ölkələrin vasitəçilik səyləri də rol oynayır.


Geri dön