Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Peskov: Rusiya Putinin G20 sammitinə dəvət olunmasını alqışlayır
Ana Sayfa > Karusel / Dünya > Peskov: Rusiya Putinin G20 sammitinə dəvət olunmasını alqışlayır

Peskov: Rusiya Putinin G20 sammitinə dəvət olunmasını alqışlayır


Bu gün, 07:58. Yazar: Admin

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov

 

Rusiya Prezidenti Vladimir Putinin Mayamidə keçiriləcək G20 sammitinə dəvət olunmasını Moskva alqışlayır.

"Kommersant" xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu dəvətə görə Amerika tərəfinə minnətdarıq, onu alqışlayırıq. Qərarımızı müəyyənləşdirəcəyik və məsələni diplomatik kanallar vasitəsilə işləyəcəyik”, – Peskov deyib.

ABŞ dövlət katibi Marko Rubio sentyabrın 23-də Vaşinqtonun Putini dekabrda Mayamidə keçiriləcək G20 sammitinə dəvət etdiyini açıqlayıb. Rubio bildirib ki, sammit Rusiya Prezidentinin təkcə Donald Trampla deyil, digər dünya liderləri ilə də ünsiyyət qurması üçün imkan yarada bilər.


Geri dön