Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ağ Ev dizel ixracına 90 günlük qadağa hazırlanması barədə məlumatı təkzib edib
Ana Sayfa > Karusel / İqtisadiyyat > Ağ Ev dizel ixracına 90 günlük qadağa hazırlanması barədə məlumatı təkzib edib

Ağ Ev dizel ixracına 90 günlük qadağa hazırlanması barədə məlumatı təkzib edib


Bu gün, 07:56. Yazar: Admin

Picture background

Ağ Ev ABŞ-da dizel yanacağının ixracına 90 günlük qadağanın tətbiqinə hazırlıq görülməsi barədə “Politico”nun məlumatını təkzib edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ağ Ev nümayəndəsi jurnalistlərə bildirib

“Bu, "Politico"nun növbəti yanlış məlumatıdır”, – Ağ Ev rəsmisi qeyd edib.

“Politico” daha əvvəl administrasiya daxilində fikir ayrılıqlarına baxmayaraq, dizel ixracına 90 günlük qadağanın tətbiqi imkanının nəzərdən keçirildiyini yazmışdı.

Nəşrin məlumatına görə, energetika naziri Kris Rayt, maliyyə naziri Skott Bessent və daxili işlər naziri Duqlas Berqam bu təklifə qarşı çıxırlar. Neft sənayesinin nümayəndələri də belə addımın sonradan yanacağın qiymətlərinin artmasına səbəb ola biləcəyini bildiriblər.

 

 


Geri dön