Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Polşa Rusiyanın Mi-8 helikopterinin ölkənin hava məkanını pozduğunu bildirir
Ana Sayfa > Karusel / Dünya > Polşa Rusiyanın Mi-8 helikopterinin ölkənin hava məkanını pozduğunu bildirir

Polşa Rusiyanın Mi-8 helikopterinin ölkənin hava məkanını pozduğunu bildirir


Dünən, 23:42. Yazar: Admin

Polşa Rusiyanın Mi-8 helikopterinin ölkənin hava məkanını pozduğunu bildirir

Rusiyaya məxsus Mi-8 hərbi helikopteri qısa müddət ərzində Polşanın hava məkanına daxil olub.

"Reuters" Polşa Ordusunun Operativ Komandanlığına istinadən xəbər verir ki, helikopter Rusiyanın Kalininqrad vilayətindən Polşanın hava məkanına keçib.

Məlumata görə, helikopter Polşanın hava məkanında 42 saniyə qalıb və ölkə ərazisinin içərilərinə maksimum 300 metr məsafədə daxil olub.

Polşa hərbçiləri hadisə ilə əlaqədar qırıcı təyyarələri havaya qaldırıb, yerüstü qüvvə və vasitələr isə yüksək hazırlıq vəziyyətinə gətirilib.

Polşa Ordusunun Operativ Komandanlığı bildirib ki, insidentin xarakteri Rusiyanın Polşanın hava hücumundan müdafiə sisteminin hazırlıq səviyyəsini yenidən yoxladığını göstərir.

Bildirilir ki, Polşa Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda hava məkanının mümkün pozulması ilə bağlı yüksək hazırlıq vəziyyətindədir.


Geri dön