Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ceyhun Bayramov Fransanın XİN rəhbəri ilə görüşüb
Ana Sayfa > Karusel / Siyasət > Ceyhun Bayramov Fransanın XİN rəhbəri ilə görüşüb

Ceyhun Bayramov Fransanın XİN rəhbəri ilə görüşüb


Dünən, 23:26. Yazar: Admin

Ceyhun Bayramov Fransanın XİN rəhbəri ilə görüşüb

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro ilə görüşüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında məlumat verilib.

Görüşdə ikitərəfli münasibətlər, Azərbaycan–Avropa İttifaqı əlaqələri, regional təhlükəsizlik vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin sentyabrın 23-də imzaladığı Sərəncamla Fransa vətəndaşı Martin Ryan əfv edilərək cəzasının çəkilməmiş hissəsindən azad olunub. Ryan Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2026-cı il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.


Geri dön