Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib
Ana Sayfa > Karusel / Manşet / Siyasət > Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib

Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib


Dünən, 23:21. Yazar: Admin

Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda yerləşən Türk Evində Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib.

Qarabaginfo.az-ın məlumatına görə, görüşdə Türkiyə-Ermənistan münasibətləri ilə yanaşı, regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan Türkiyə ilə Ermənistan arasında ticarət və nəqliyyat sahələrində normallaşma prosesini dəstəklədiyini bildirib, münasibətlərdə əldə olunan müsbət dinamikanın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Türkiyə Prezidenti Azərbaycanla Ermənistan arasında sülh prosesində qarşılıqlı addımların atılmasını məmnuniyyətlə qarşıladıqlarını qeyd edib.

Ərdoğan, həmçinin Ermənistanla beynəlxalq təşkilatlar çərçivəsində inkişaf edən əməkdaşlığın normallaşma prosesinə töhfə verdiyini bildirib və Paşinyanı Türkiyədə keçiriləcək COP31 Liderlər Zirvəsinə dəvət edib.


Geri dön