Ana Sayfa > Karusel / Dünya > Ukraynanın Rusiyaya dron hücumu nəticəsində Azərbaycan əsilli şəxs ölüb

Ukraynanın Rusiyaya dron hücumu nəticəsində Azərbaycan əsilli şəxs ölüb


23-09-2026, 23:19. Yazar: Admin

Ukraynanın Rusiyaya dron hücumu nəticəsində Azərbaycan əsilli şəxs ölüb

 Ukraynanın Rusiya ərazisinə dron hücumu nəticəsində Azərbaycan əsilli şəxs həyatını itirib.

Qarabaginfo.az-ın məlumatına görə, Ucar rayonunun Boyat kəndində anadan olmuş, 1977-ci il təvəllüdlü Hüseyn Əlimusa oğlu Mussaliyev avtomobilinə dron zərbəsi endirilməsi nəticəsində ölüb.

Mərhumun nəşinin sabah Azərbaycana gətirilməsi planlaşdırılır.


Geri dön