Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Tramp Delsi Rodrigeslə Venesuelanın borcunun restrukturizasiyasını müzakirə edib
Ana Sayfa > Karusel / Dünya > Tramp Delsi Rodrigeslə Venesuelanın borcunun restrukturizasiyasını müzakirə edib

Tramp Delsi Rodrigeslə Venesuelanın borcunun restrukturizasiyasını müzakirə edib


Dünən, 23:15. Yazar: Admin

Tramp Delsi Rodrigeslə Venesuelanın borcunun restrukturizasiyasını müzakirə edib

ABŞ Prezidenti Donald Tramp Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigeslə ölkənin borcunun restrukturizasiyası məsələsini müzakirə edib.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, görüş BMT Baş Assambleyası çərçivəsində Trampın təşkil etdiyi qəbul zamanı baş tutub və qısa olsa da, mühüm əhəmiyyət daşıyıb.

Rubio bildirib ki, Venesuelanın iqtisadi uğur əldə etməsi üçün bir sıra problemlər həll olunmalıdır və borcun restrukturizasiyası bu prosesin əsas elementlərindən biridir. O, ABŞ-nin bu məsələdə kömək etməyə hazır olduğunu qeyd edib.

Venesuela hökuməti və dövlət neft-qaz şirkəti PDVSA-nın defolt elan edilmiş təxminən 60 milyard dollarlıq istiqraz borcu var. Analitiklərin hesablamalarına görə, faizlər və digər öhdəliklər nəzərə alındıqda ümumi borc 150 milyard dolları ötə bilər.


Geri dön