Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
Ana Sayfa > Karusel / Dünya > Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik

Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik


Bu gün, 22:06. Yazar: Admin

ABŞ Prezidenti Donald Tramp

 

Seçkilərdən sonra biz İranla razılaşma əldə edə biləcəyik.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı deyib.

“Gələcəyə dair böyük ümidlər var. Amma düşünürəm ki, seçkilərdən sonra biz razılaşma əldə edə biləcəyik. Çünki onların mənimlə razılaşmamaq üçün heç bir əsası yoxdur”, – Tramp qeyd edib.

O bildirib ki, qarşı tərəf aralıq seçkiləri və onun nəticələrini gözləyir.

“Mənim üçün yeganə vacib məsələ İranın nüvə silahına sahib olmamasıdır”, – ABŞ Prezidenti deyib.

Tramp, həmçinin ABŞ-ın sursat ehtiyatları ilə bağlı iddialara münasibət bildirib.

“Xainlər məmnuniyyətlə deyirlər ki, Birləşmiş Ştatlar sayıqlığı qorumağı dayandırıb. Onların kifayət qədər sursatı yoxdur, amma bu, belə deyil”, – o bildirib.

Tramp ABŞ-da sursat istehsalının böyük miqyasda həyata keçirildiyini vurğulayıb: “Biz nəhəng miqyasda sursat istehsal edirik, ehtiyatlarımızı yeniləyirik və bunu keçmişdə heç vaxt olmadığı qədər sürətlə həyata keçiririk. Bundan əlavə, sursat istehsalı ilə bağlı planlarımız da işə salınacaq”.


Geri dön