Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > ABŞ Prezidenti: Kubadakı kommunist rejim süqut edəcək
Ana Sayfa > Karusel / Dünya > ABŞ Prezidenti: Kubadakı kommunist rejim süqut edəcək

ABŞ Prezidenti: Kubadakı kommunist rejim süqut edəcək


Bu gün, 21:54. Yazar: Admin

ABŞ Prezidenti: Kubadakı kommunist rejim süqut edəcək

ABŞ Kubadakı vəziyyətdə fundamental dəyişikliyə nail olmağa çalışır.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının iclasında çıxışında deyib.

“Administrasiyam Kubadakı vəziyyətdə fundamental dəyişiklik əldə etməyə çalışır. Kommunist rejim böyük təzyiq altındadır – indiyədək heç vaxt olmadığı qədər böyük təzyiq altındadır. O, heç vaxt olmadığı qədər uğursuzluğa düçar olur və süqut edəcək”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti dövlət katibi Marko Rubionun Kuba ilə danışıqlar apardığını da qeyd edib: “Marko Rubio danışıqları aparır. O, Kuba ilə danışıqlara dərindən cəlb olunub. Görək nə baş verir”.

Tramp əlavə edib ki, ABŞ xarici rəqiblərin ölkəyə qarşı təhdid yaratmaq üçün Kubadan sığınacaq kimi istifadə etməsinə imkan verməyəcək.

“Biz xarici düşmənlərin öz qapımızın ağzında Amerikaya təhdid yaratması üçün sığınacaq rolunu oynayan əraziyə imkan verməyəcəyik”, – ABŞ Prezidenti vurğulayıb.


Geri dön