Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Aİ Rusiyaya qarşı sanksiyaları 3 il uzadıb
Ana Sayfa > Karusel / İqtisadiyyat > Aİ Rusiyaya qarşı sanksiyaları 3 il uzadıb

Aİ Rusiyaya qarşı sanksiyaları 3 il uzadıb


Bu gün, 21:45. Yazar: Admin

Aİ Rusiyaya qarşı sanksiyaları 3 il uzadıb

Avropa İttifaqı Rusiyaya qarşı 3 min fiziki və hüquqi şəxsi əhatə edən sanksiyaların müddətini daha üç il uzatmaq barədə razılığa gəlib.

Bu barədə “Reuters“ avropalı diplomatlara istinadən məlumat yayıb.

Qeyd olunur ki, sanksiyaların üç il müddətinə uzadılması müqabilində rusiyalı milyarderlər Əlişir Usmanov və Mixail Fridman sanksiya siyahısından çıxarılıb. Latviya son ana qədər bu qərarın əleyhinə çıxış edib.

Agentlik xatırladır ki, sanksiyaların uzadılması üçün Aİ-yə üzv ölkələrin yekdil dəstəyi tələb olunur.

Qeyd edək ki, sanksiyalar daha əvvəl hər altı aydan bir uzadılırdı.


Geri dön