Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ceyhun Bayramov cibutili həmkarı ilə Azərbaycan-Cibuti münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib
Ana Sayfa > Karusel / Siyasət > Ceyhun Bayramov cibutili həmkarı ilə Azərbaycan-Cibuti münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib

Ceyhun Bayramov cibutili həmkarı ilə Azərbaycan-Cibuti münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib


Bu gün, 21:44. Yazar: Admin

Ceyhun Bayramov cibutili həmkarı ilə Azərbaycan-Cibuti münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdulkader Hüseyn Ömərlə görüşüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sosial media hesabında məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan-Cibuti münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, yüksək səviyyəli təmasların və siyasi dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər mövcud imkanlardan səmərəli istifadə etməklə ticarət, iqtisadiyyat, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetiriblər.

BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalar çərçivəsində koordinasiya və qarşılıqlı dəstək məsələləri də müzakirə olunub.

Azərbaycanın 2027-ci ildə İƏT Zirvə toplantısına ev sahibliyinə hazırlığı və qarşıdakı İƏT sədrliyi də görüşdə müzakirə edilən məsələlər sırasında olub.

Nazirlər, həmçinin Yaxın Şərqdə dəyişən təhlükəsizlik vəziyyəti barədə fikir mübadiləsi aparıb, gərginliyin azaldılmasının və vəziyyətin sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar.

 


Geri dön