Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Prezident İlham Əliyev: Balakəndəki “Filizçay” polimetal yatağının istismara hazırlanması ilə bağlı işlər görülür
Ana Sayfa > Karusel / Siyasət > Prezident İlham Əliyev: Balakəndəki “Filizçay” polimetal yatağının istismara hazırlanması ilə bağlı işlər görülür

Prezident İlham Əliyev: Balakəndəki “Filizçay” polimetal yatağının istismara hazırlanması ilə bağlı işlər görülür


Bu gün, 15:00. Yazar: Admin

Prezident İlham Əliyev

 

Növbəti istiqamət Avropa qitəsində ən perspektivli yataqlardan biri sayılan Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağıdır.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə deyib.

“Bu yataq qeyd etdiyim kimi, çox perspektivlidir və artıq bir neçə ildir ki, “AzerGold” şirkəti bu yatağın istismara hazırlanması ilə bağlı işlər görür. Hesab edirəm ki, tezliklə texniki-iqtisadi əsaslandırma hazır olmalıdır və yekun investisiya qərarı da qəbul edilməlidir. Mən hesab edirəm ki, “AzerGold” bu yatağın 100 faiz səhmdarı olmalıdır. İstismar getdikcə təbii ki, bu yatağın qiyməti də, dəyəri də qalxacaq. Onda biz baxa bilərik. Ola bilər, müəyyən faiz səviyyəsində, - əgər maraq olarsa, mən əminəm ki, olacaq, - xarici investorlar da bu yatağa cəlb oluna bilər”, - dövlət başçısı vurğulayıb.

 


Geri dön