Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və iki əməkdaşı barədə qərar verilib
Ana Sayfa > Karusel / Kriminal > "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və iki əməkdaşı barədə qərar verilib

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və iki əməkdaşı barədə qərar verilib


Bu gün, 13:49. Yazar: Admin

Ceyhun Salmanov

 

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşı barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Qarabaginfo.az xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər məhkəmədən onlara bəraət verilməsini istəyiblər.

Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxslərin verdikləri apellyasiya şikayətləri təmin edilməyib, hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ceyhun Salmanova 3 il 3 ay, Elşad Məhərrəmova 3 il 6 ay, Natiq Əliyevə isə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Onların cəzaları Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, 2 il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilib.

Hər üç şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.


Geri dön