ABŞ tərəfinin təcili müraciəti əsasında Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamışın sentyabrın 23-nə planlaşdırılan Pentaqon səfəri təxirə salınıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik görüşün yeni tarixinin hazırda razılaşdırıldığını bildirib.
Planlaşdırılan vaxtda ABŞ-yə Polşa müdafiə nazirinin müavini səfər edəcək.
Kosinyak-Kamışın Pentaqon rəhbəri Pit Heqsetlə Polşada ABŞ-nin daimi hərbi bazasının yaradılması məsələsini müzakirə edəcəyi gözlənilirdi.
Donald Tramp sentyabrın 17-də bu istiqamətdə ciddi irəliləyiş əldə olunduğunu bildirmişdi, lakin yekun qərar hələ açıqlanmayıb.