Ana Sayfa > Karusel / Dünya > Ukrayna Baş Qərargahı: Rusiyanın neft emalı güclərinin təxminən yarısı sıradan çıxarılıb

Ukrayna Baş Qərargahı: Rusiyanın neft emalı güclərinin təxminən yarısı sıradan çıxarılıb


Dünən, 22:30. Yazar: Admin

Ukrayna Baş Qərargahı: Rusiyanın neft emalı güclərinin təxminən yarısı sıradan çıxarılıb

Ukrayna ordusunun uzaqmənzilli zərbələri nəticəsində Rusiyanın neft emalı üzrə layihə güclərinin 45%-dən çoxu sıradan çıxıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahının “Facebook”da yaydığı açıqlamada deyilir.

Baş Qərargahın məlumatına görə, Moskva neft emalı zavodunun vurulmasından sonra Rusiyanın neft emalı sənayesinin layihə güclərinin 45%-dən çoxu fəaliyyətini dayandırıb.

“Bunun nəticələrindən biri kimi Rusiyada keyfiyyətli yanacaq qıtlığı yaranıb. O cümlədən Euro-5/K5 standartlarına uyğun benzin və dizel yanacağının istehsal həcmlərində kəskin azalma müşahidə olunur”, - məlumatda bildirilib.

Ukrayna ordusunun Rusiyanın neft emalı sənayesinə zərbələri davam etdirdiyi qeyd olunub.


Geri dön