Ana Sayfa > Karusel / Dünya > ABŞ İran jurnalistlərinin BMT Baş Assambleyasına girişinə icazə verməyib

ABŞ İran jurnalistlərinin BMT Baş Assambleyasına girişinə icazə verməyib


Bu gün, 21:13. Yazar: Admin

ABŞ İran jurnalistlərinin BMT Baş Assambleyasına girişinə icazə verməyib

ABŞ İran Prezidenti Məsud Pezeşkianın media qrupunda yer alan iranlı jurnalistlərə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasını işıqlandırmaq üçün viza verməyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.

O, Vaşinqtonu həqiqəti gizlətməyə və söz azadlığı hüququnu pozmağa cəhd göstərməkdə ittiham edib.

“Administrasiya qapıları, hətta bu və ya digər səbəbdən bəyənmədiyi amerikalı jurnalistlərin üzünə belə bağladıqda, xarici müxbirlərin, o cümlədən səsini boğmağa üstünlük verdiyi İran prezidentinin media qrupunun girişini məhdudlaşdırdıqda, bu, sadəcə girişə nəzarət etmək deyil. Onlar həqiqəti gizlətməyə və informasiya əldə etmək hüququnu pozaraq dezinformasiya kampaniyalarını davam etdirməyə çalışırlar”, - Bəqai bildirib.

 

 


Geri dön