Ana Sayfa > Karusel / İqtisadiyyat > Kreml ABŞ-ın yeni sanksiyalarına münasibət bildirib
Kreml ABŞ-ın yeni sanksiyalarına münasibət bildiribBu gün, 15:18. Yazar: Admin |
|
ABŞ-ın sanksiyaları Ukrayna nizamlanması istiqamətində daha uğurlu irəliləyişlərə töhfə verməyəcək. Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları barədə danışarkən bildirib. Onun sözlərinə görə, Rusiya ABŞ-ın sanksiyaları ilə bağlı ticarət tərəfdaşları ilə təmasdadır. "Biz ticarət tərəfdaşlarımızla daim əlaqə saxlayırıq. Artıq onların belə bir mümkün ikinci dərəcəli məhdudiyyəti qiymətləndirdikləri barədə açıqlamalar eşitmisiniz. Əslində, hamı belə bir siyasəti tamamilə rədd etməkdə yekdildir. Bu sənədin imzalanmasına gəldikdə isə, bu, əlbəttə ki, ikitərəfli münasibətlərimizin reanimasiyasına töhfə vermir. Əlbəttə ki, bunun Ukrayna nizamlanması istiqamətində daha uğurlu irəliləyişlərə töhfə verməsi ehtimalı azdır", - Kremlin sözçüsü vurğulayıb. Peskov ümumilikdə Rusiyaya 30 mindən çox müxtəlif sanksiya tətbiq edildiyini xatırladıb: "Bunlar bazar, korporativ, sektoral, fərdlərə qarşı və s. tətbiq olunmuş sanksiyalardır. Əlbəttə ki, Rusiya bu sanksiyalara əhəmiyyəti dərəcədə uyğunlaşıb və onların tətbiqinin mənfi təsirini minimuma endirməyin yollarını tapıb". Geri dön |