Ana Sayfa > Karusel / Gündəm > Xəstəxanalarda Kompüter Tomoqrafiyası pulsuz oldu

Xəstəxanalarda Kompüter Tomoqrafiyası pulsuz oldu


4-02-2021, 12:13. Yazar: Admin

“2021- ci ildə 2800-dən çox xidmət təklif edəcəyik”.

 

Qarabaginfo.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi İddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib. 

 

O qeyd edib ki, bəzi xidmətləri əlavə etdikdə bu say 3000-dən çox olacaq:

 

“Kardioloji və neyrocərrahi əməliyyatlar bu xidmətlər zərfinə daxil edilib. Həmçinin bura qapalı və açıq ürək əməliyyatları əlavə olunub. 

 

Kompüter tomoqrafiyası xidmətləri də sığortaya daxildir. Bilirsiniz ki, KT insan sağlamlığı üçün zərərlidir. Bu, ancaq həkim təyinatı əsasında həyata keçirilməlidir.

 

Vətəndaş xidmətlər zərfində xidmətlərə görə heç bir ödəniş etməyəcək. Sadəcə vətəndaş sığorta haqqını ödəməlidir”. 


Geri dön