Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycanın Gürcüstandan avtomobil idxalı 18%-ə yaxın azalıb
Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanın Gürcüstandan avtomobil idxalı 18%-ə yaxın azalıb

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 18%-ə yaxın azalıb


21-09-2026, 13:11. Yazar: Admin

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 18%-ə yaxın azalıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstandan Azərbaycana 128,4 milyon ABŞ dolları dəyərində 3 803 ədəd minik avtomobili ixrac olunub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalından məlum olur.

İllik müqayisədə Azərbaycanın qonşu ölkədən avtomobil idxalı dəyər baxımından 17,75%, miqdar baxımından isə 1 910 ədəd azalıb.

Hesabat dövründə Gürcüstandan ümumilikdə 1 milyard 347,7 milyon ABŞ dolları dəyərində 56 432 ədəd minik avtomobili ixraca yönəldilib ki, bunun da 6,74%-i Azərbaycanın payına düşüb.


Geri dön