Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Zakir Həsənov Pakistana başsağlığı verib
Ana Sayfa > Karusel / Siyasət > Zakir Həsənov Pakistana başsağlığı verib

Zakir Həsənov Pakistana başsağlığı verib


Bu gün, 12:51. Yazar: Admin

Zakir Həsənov

 

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.

Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətinin Hangu rayonunda terrorçularla baş verən atışma zamanı altı nəfər hərbi qulluqçunun həlak olması barədə xəbər məni dərindən kədərləndirdi.
Terror hadisəsi nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin”, başsağlığında deyilir.


Geri dön