Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Gündəm > Mübariz Mənsimov SOCAR-a 63 milyon dollar ödəməlidir
Mübariz Mənsimov SOCAR-a 63 milyon dollar ödəməlidir4-02-2021, 12:11. Yazar: Admin |
SOCAR və “Palmali” şirkəti arasında mövcud mübahisə üzrə ikinci arbitraj qərarı açıqlanıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb. Məhkəmə işində təxminən 63 milyon ABŞ dolları məbləğində zərərin “Palmali” və Mübariz Mənsimov tərəfindən ödənilməsi barədə qərar çıxarılıb. Qeyd edilən məbləğə həmçinin zərər məbləği, faizlər və hüquqi xərclər də daxildir. Bu məhkəmə işində də “Palmali”nin çoxmilyonlu qarşılıqlı iddiası bütünlüklə rədd edilib. Geri dön |