Ana Sayfa > Karusel / Dünya > ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etmək niyyətindədir
ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etmək niyyətindədirBu gün, 07:45. Yazar: Admin |
|
ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır. Qarabaginfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Qəzetin məlumatına görə, yekun qərarın nə vaxt açıqlanacağı hələlik məlum deyil. Lakin ABŞ administrasiyasındakı adı açıqlanmayan rəsmilərin sözlərinə görə, bununla bağlı açıqlamanın bir həftə ərzində olacağı gözlənilir. Qəzet qeyd edir ki, məhdudiyyətlər, xüsusilə Beynəlxalq Cinayət Məhkəməsi ilə həyata keçirilən maliyyə əməliyyatlarının böyük hissəsinə şamil olunacaq. Bununla belə, bu məhdudiyyətlərin tətbiqi üçün altı-yeddi aylıq möhlət veriləcək. Qəzet yazır ki, belə bir addım dollarla əməliyyatları qadağan etməklə və məhkəməni maliyyə sisteminin böyük hissəsindən təcrid etməklə onun fəaliyyətini potensial olaraq iflic edə bilər. Məhdudiyyətlərdən rabitə xidmətləri ilə bağlı maliyyə əməliyyatlarının istisna edilə biləcəyi bildirilir. Qeyd edək ki, ABŞ-ın hazırkı administrasiyası artıq bir neçə dəfə Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edib. Tramp 6 fevral 2025-ci ildə məhkəmənin rəsmilərinə qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutan fərman imzalayıb. ABŞ hökuməti Beynəlxalq Cinayət Məhkəməsini Vaşinqtona və onun müttəfiqlərinə, o cümlədən İsrailə qarşı qanunsuz hərəkətlərdə ittiham edib. Fərman ABŞ vətəndaşları və ya ABŞ-ın müttəfiqi olan ölkələrin vətəndaşları ilə bağlı araşdırmalarda iştirak edən Beynəlxalq Cinayət Məhkəməsi əməkdaşlarına qarşı maliyyə və viza məhdudiyyətlərinin tətbiqinə imkan verir. Geri dön |