Ana Sayfa > Karusel / Dünya > KİV: Tramp Zelenskidən Rusiyadakı neft emalı zavodlarına zərbələri dayandırmağı tələb edib

KİV: Tramp Zelenskidən Rusiyadakı neft emalı zavodlarına zərbələri dayandırmağı tələb edib


Bu gün, 07:44. Yazar: Admin

KİV: Tramp Zelenskidən Rusiyadakı neft emalı zavodlarına zərbələri dayandırmağı tələb edib

ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Ukrayna Prezidenti Volodimir Zelenskidən Ukraynanın Rusiyadakı neft emalı zavodlarına (NEZ) zərbələr endirməsini dayandırmağı tələb edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Portalın mənbəsinin sözlərinə görə, Tramp dəfələrlə Zelenskidən Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı xahiş edib.

Nəşrin məlumatına görə, bu zərbələr dünya üzrə dizel yanacağının qiymətlərinin artmasına səbəb olur.


Geri dön