Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
Ana Sayfa > Karusel / Dünya > Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib

Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib


Dünən, 22:55. Yazar: Admin

Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp gələn həftə BMT Baş Assambleyasının payız sessiyasının başlayacağı Nyu-Yorkda görüşəcəklər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Zelenski öz “Telegram” hesabında məlumat verib.

“Az əvvəl Prezident Trampla danışdım. Vacib söhbət oldu və bir çox məsələləri müzakirə etməyə imkan tapdıq. Nyu-Yorkda görüşmək barədə razılaşdıq və bu görüş çox şeyi dəyişə bilər. Diplomatik dinamika göz qabağındadır”, - deyə Zelenski yazıb.

Zelenski qeyd edib ki, ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Kiyevə səfəri zamanı mühüm detalları ətraflı işləyiblər.

“Gərginliyin azaldılması tədbirləri və fundamental təhlükəsizlik məsələləri – enerji, ərzaq təhlükəsizliyi və insanların həyatının qorunması ilə bağlı ideyalar var”, –Ukrayna Prezidenti əlavə edib.


Geri dön