Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
Ana Sayfa > Karusel / Siyasət > Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib


Dünən, 22:27. Yazar: Admin

Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Ukrayna səfirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.

Qarabaginfo.az xəbər verir ki, Ukrayna səfirliyi bu barədə “Facebook”-da paylaşım edib.

“Bu gün Azərbaycan xalqı Dövlət Suverenliyi Gününü qeyd edir. Azərbaycanı bu mühüm dövlət bayramı münasibətilə ürəkdən təbrik edirik! Qoy Azərbaycan Respublikası bundan sonra da öz dövlətçiliyini möhkəmləndirsin, inkişaf etsin və çiçəklənsin, xalqı isə sülh, birlik və rifah içində yaşasın. Ukrayna və Azərbaycan hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləməkdə davam edir. Ölkələrimiz dostluq və qarşılıqlı faydalı strateji tərəfdaşlığı ardıcıl şəkildə inkişaf etdirir. Biz Azərbaycan rəhbərliyinə və xalqına Ukrayna ilə həmrəyliyinə və göstərdiyi dəstəyə görə ürəkdən minnətdarıq. Azərbaycan Respublikasına sülh, rifah və tərəqqi arzulayırıq! Dövlət Suverenliyi Gününüz mübarək!”.


Geri dön