Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İyirminin mistikası... - Şəhid Ülvinin anım günüdür
Ana Sayfa > Karusel / Cəmiyyət > İyirminin mistikası... - Şəhid Ülvinin anım günüdür

İyirminin mistikası... - Şəhid Ülvinin anım günüdür


Bu gün, 11:07. Yazar: Admin

iyirminin-mistikasi

Bu gün lokal antiterror tədbirlərində şəhid olan Mikayılov Ülvi Bəhruz oğlunun anım günüdür.

Qarabaginfo.az xəbər verir ki, onun şəhid olmasından artıq 3 il ötür.

Ü.Mikayılov Azərbaycan Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhid olub.

Şəhidimiz 2004-cü il avqustun 20-si Bakı şəhəri Binəqədi rayonunda anadan olub. O, orta təhsilini Füzuli şəhəri 148 saylı tam orta məktəbdə  alıb.  

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərib, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirməsi ilə fərqlənib. 

Ülvinin atası müsahibələrinin birində deyib ki, hələ azyaşlı olanda vətənpərvərliyi ilə seçilən oğlu həmişə başına beret qoyardı: “Ülvi uşaqlıqdan hərbiyə meyilli idi. Biz onunla hər görüşəndə hərbi xidmətindən fəxrlə danışırdıq. İdmanla məşğul olurdu, gələcək arzusu polis olmaq idi. 44 günlük Vətən müharibəsində qazanılan qələbə onu sonsuz sevindirmişdi. Deyirdi ki, qalib orduda xidmət etmək özü bir fəxrdir”.

Şəhidimizin vəsiyyəti də Füzulidə dəfn edilmək imiş: “Biz Bakıda yaşasaq da, əslən Füzulidənik. Oğlum həmişə deyirdi ki, ən böyük arzusu azad olunmuş torpaqda yaşamaqdır. Biz də onun vəsiyyətini yerinə yetirdik. Ülvini ata-baba torpağında dəfn etdik, ailəlikcə Füzuliyə köçdük. Bu gün biz orada yaşayırıq və övladımızın ruhunun şad olduğunu bilirik”.

Şəhidimiz Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda” medalı və  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib./Qafqazinfo

 


 


Geri dön