Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > ABŞ Ordusu Karib dənizində narkotik daşıdığı ehtimal olunan katerə zərbə endirib
Ana Sayfa > Karusel / Dünya > ABŞ Ordusu Karib dənizində narkotik daşıdığı ehtimal olunan katerə zərbə endirib

ABŞ Ordusu Karib dənizində narkotik daşıdığı ehtimal olunan katerə zərbə endirib


Bu gün, 10:52. Yazar: Admin

ABŞ Ordusu Karib dənizində narkotik daşıdığı ehtimal olunan katerə zərbə endirib - VİDEO

ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı sentyabrın 19-da, şənbə günü, Karib dənizində “narkotiklərin qanunsuz daşınması üçün istifadə olunan marşrutlarla hərəkət edən” sürətli katerə zərbə endirilməsi barədə məlumat yayıb.

Qarabaginfo.az-ın xəbərinə görə, katerdəki 4 nəfər ölüb

Qeyd edilib ki, etibarlı kəşfiyyat məlumatları bu katerin narkotik qaçaqmalçılığı ilə əlaqəsini təsdiqləyib.

ABŞ Ordusunun katerə endirdiyi zərbənin görüntüsü “X” sosial şəbəkəsində yayımlanıb.

Qeyd edək ki, indiyə qədər ABŞ Ordusunun Karib dənizində narkotik daşıdığı ehtimal olunan gəmilərə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 231 nəfərə çatıb. Bir ildən çoxdur davam edən kampaniya çərçivəsində bu cür 69 zərbə endirilib.


Geri dön