ABŞ-nin “Abraham Lincoln” aviadaşıyıcısı Yaxın Şərqdə uzunmüddətli yerləşdirilmədən sonra şənbə günü Quam adasındakı hərbi bazaya çatıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 7-ci Donanmasının mətbuat xidməti məlumat yayıb.
“Quam Hərbi Dəniz Bazasındakı dayanacaq 3-cü aviadaşıyıcı zərbə qrupunun heyəti üçün son doqquz ay ərzində ABŞ ərazisinə ilk qayıdış olub”, – məlumatda bildirilib.
ABŞ Hərbi Dəniz İnstitutunun “USNI News” portalının məlumatına görə, aviadaşıyıcının missiyası 300 gündən çox davam edib.
“Abraham Lincoln” hazırda ABŞ-nin qərb sahillərinə qayıdışını tamamlayır.